Gülər və Ostin Suriyadakı vəziyyəti müzakirə etdi Dünya

Gülər və Ostin Suriyadakı vəziyyəti müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Tərəflər Suriyadakı mövcud vəziyyət barədə danışıblar.

Onlar, həmçinin ikitərəfli müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.