İordan çayının qərb sahilində İsrail ordusunun zirehli avtomobil partladılıb Dünya

İordan çayının qərb sahilində İsrail ordusunun zirehli avtomobil partladılıb

İordan çayının qərb sahilində baş verən insident zamanı İsrail ordusunun polkovniki Ayub Kayuf yaralanıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə hadisə Fələstinin Tulkərm şəhəri ərazisində baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində ordunun zirehli avtomobili zədələnib.

Partlayış zamanı avtomobildə Yəhudeya və Samariya diviziyasının komandiri briqada generalı Yaki Dolf və regional Menaşe briqadasının komandiri polkovnik Kayuf olub.