Kreml Paşinyanın Aİİ sammitində videobağlantı vasitəsilə iştirak edəcəyinə ümid edir Dünya

Kreml Paşinyanın Aİİ sammitində videobağlantı vasitəsilə iştirak edəcəyinə ümid edir

Kreml Ermənistan Baş naziri Nikol Paşinyanın sabah Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində videobağlantı vasitəsilə iştirak edəcəyinə ümid edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Paşinyan koronavirusa yoluxduğundan bu gün Peterburqda keçiriləcək MDB sammitində iştirak etməyəcəyini açıqlayıb.