Makron postunu vaxtından əvvəl tərk edə bilər Dünya

Makron postunu vaxtından əvvəl tərk edə bilər

Emmanuel Makron vəzifəsini vaxtından əvvəl tərk etməyə məcbur edilən ilk Fransa prezidenti ola bilər.

Bu fikri Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının rəhbəri Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, ölkə daxilində işlər yaxşı getmir. Buna görə də Makron vəzifəsini vaxtından əvvəl tərk etməli olacaq müasir Fransanın ilk lideri ola bilər, senator Telegram kanalında yazıb.

Eyni zamanda, Puşkov indiki baş nazir Fransua Bayru-nun da tezliklə “keçmiş” prefiksini ala biləcəyini istisna etməyib, çünki o, “yeni hökuməti köhnə nüfuzdan düşmüş kadrlardan formalaşdırır”.

Cavid