Manavqatda sel fəlakəti Dünya

Manavqatda sel fəlakəti

Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində leysan, dolu və fırtına həyatı iflic edib.

Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən xəbər verir ki, Manavqatda dörd gündür davam edən leysan yağış, dolu və fırtına nəticəsində həyat iflic olub. Yağış səbəbiylə suyun səviyyəsi sürətlə yüksələn Manavqat çayı bir çox məhəllələrdə ev və iş yerlərində daşqınlara səbəb olub. Ərazidə nəqliyyat vasitələri yollarda qalır, çay önünə gətirdiyi ağac və kolları dənizə aparır.