Çido qasırğasının qurbanlarının sayı artıb Dünya

Çido qasırğasının qurbanlarının sayı artıb

Xalqcəbhəsi.az Türkiyənin “posta.com.tr” saytına istinadən xəbər verir ki, Fransanın nəzarətində olan Mayotta adasında 39 nəfərin ölümünə səbəb olan Çido qasırğası Mozambikin Hind okeanına olan sahillərində təsirli olub.

Mozambikdə ölənlərin sayı 120 nəfərə çatıb. Mozambikin Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutu ölkədəki 52 sağlamlıq mərkəzi, 89 ictimai bina və 250 məktəbin zərər gördüyünü, təxminən 37 min ev təsərrüfatının qismən, 118 min 605 ev təsərrüfatının isə tamamilə dağıldığını açıqlayıb.