Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Fransa qapalı kanallar vasitəsilə Rusiyaya Ukrayna məsələsi üzrə danışıqlar üçün təkliflər göndərib.
Bunu Fransanın LCI telekanalının sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya diplomatiyasının rəhbəri Parisin Kiyevin iştirakı olmadan “Ukrayna məsələsi üzrə dialoq qurmağı” təklif etməsinə diqqət çəkib ki, bu da Qərbin “Ukraynasız Ukrayna haqqında bir kəlmə də olsun” prinsipinə ziddir.
"Biz əlaqədən imtina etmirik, dinləməyə hazırıq”, - Lavrov bildirib. - Bununla belə, Fransa Ukraynaya qondarma “sülhməramlılar”ın göndərilməsinin, öz ərazisində Ukrayna Silahlı Qüvvələrinin döyüş hissələrinin hazırlanmasının və “Rusiyaya qalib gəlməyin” zəruriliyini açıq şəkildə bəyan etməyin əsas təşəbbüskarıdır.
Bu cür qeyri-müəyyən davranış fransalı həmkarlarımızın təşəbbüsü ilə baş verənlərə ciddi yanaşmaq istəyini oyatmır”, - deyə nazir yekunlaşdırıb.
Cavid