Cənubi Koreyanın maliyyə naziri müxalifəti impiçmentdən imtina etməyə çağırıb Dünya

Cənubi Koreyanın maliyyə naziri müxalifəti impiçmentdən imtina etməyə çağırıb

Koreya Respublikasının iqtisadiyyat və maliyyə naziri Çxve San-Mok aparıcı müxalifət partiyası “Toburo”ya Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Han Duk-Sunun impiçmenti ilə bağlı planlarına yenidən baxmağı tövsiyə edib.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Beynəlxalq ticarət müharibələri və hökumət fəlakətləri dövründə dövlət idarəçiliyinin təməlində dayaqlardan birinin olmaması ölkənin imicinə, iqtisadiyyatına, təhlükəsizliyinə və idarəçilik sabitliyinə ciddi zərbə vuracaq”, - iqtisadiyyat və maliyyə naziri qeyd edib.

Səsvermənin dekabrın 27-də keçirilməsi gözlənilir.