Türkiyə Bakıya araşdırma qrupu göndərir
27 Dekabr 23:03
27 Dekabr 23:03
27 Dekabr 22:55
27 Dekabr 21:05
27 Dekabr 20:18
Fores şirkətinin baş direktoru Sergey Şmotiev TASS-a xüsusi hərbi əməliyyat zonasında ilk Amerika F-16 qırıcısının məhv edilməsinə görə 15 milyon rubl bonus ödəməyə hazır olduğunu təsdiqləyib.
"Vurulan F-16-nın ödənişi Vətənin təhlükəsizliyi üçün hər gün həyatını riskə atanlara dəstək olmaq üçün verdiyimiz töhfədir. Biz hərbçilərimizin qəhrəmanlığı ilə fəxr edirik və onlara hərtərəfli yardım göstərməyə davam edəcəyik”, - Şmotyev bildirib.
Daha əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iş adamı ilk dəfə olaraq ilk F-16-nın məhv edilməsinə görə mükafat elan edib, həmçinin zədələnmiş Qərb istehsalı tanklara görə ödənişləri xatırladıb. “Biz ilk tanka 5 milyon rubl, sonrakı tanklara isə 500 min rubl ödədik”, - deyə o qeyd edib.
Cavid