Çin ABŞ hərbi şirkətlərinə və yüksək vəzifəli rəhbərlərinə sanksiya tətbiq edib Dünya

Çin ABŞ hərbi şirkətlərinə və yüksək vəzifəli rəhbərlərinə sanksiya tətbiq edib

Çin ABŞ-nin 7 hərbi-sənaye şirkətinə və onların rəhbərliyinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çinin Tayvan bölgəsinə son əhəmiyyətli hərbi yardım və silah satışı ilə əlaqədar ABŞ hərbi şirkətlərinə və yüksək səviyyəli rəhbərlərinə qarşı əks tədbirlər görülüb”, -Çin XİN-in məlumatında qeyd edilib.