Ərdoğan İstiqlal Marşının müəllifini vəfatının 88-ci ildönümündə anıb Dünya

Ərdoğan İstiqlal Marşının müəllifini vəfatının 88-ci ildönümündə anıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlal Marşının müəllifi Mehmet Akif Ərsoyun vəfatının 88-ci ildönümü ilə əlaqədar paylaşım edib.

Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbər verir ki, Ərdoğan sosial media hesabından paylaşımında bunları qeyd edib: “Millətimizin şəxsiyyətini və ləyaqətini İstiqlal Marşı kimi bir şeirlə əbədiləşdirən Mehmet Akif Ersoyu vəfatının 88-ci ildönümündə rəhmət və minnətdarlıqla yad edirəm. 63 illik əzab-əziyyətli həyatı daha çox sürgün, məşəqqət və mübarizədə keçən Mehmet Akif Ərsoy yaşantısı, duruşu, şəxsiyyəti, dərin biliyi və nümunəvi mənəviyyatıyla İstiqlal Şairi adına layiq olan bir insandır”.

Şairin inandığı kimi yaşamaqdan və yaşadığı kimi yazmaqdan heç vaxt vaz keçmədiyini qeyd edən Türkiyə Prezidenti bu sözləri deyib: "Ömrünü şeirinə, şeirini də həyatına həkk etmiş böyük bir ustad olan Akifdə olmayan heç bir duyğu onun əsərlərinə daxil olmamış, ürəyindən keçməmiş heç bir söz söyləməmişdir. M.A.Ersoy qələmi ilə həqiqətin, cəsarətin simvolu idi. İnandığı dəyərlər uğrunda bedel ödəməkdən çəkinməyən M.A.Ərsoy, hissiyatı ilə yanaşı, millətin arzularına da tərcüman olub. Mərhum Akif varlıq-yoxluq mübarizəmizin ruhunu, fikri cəbhəsini quran ən önəmli ziyalılarımızdandır. Əbədi dünyaya keçidinin ildönümündə Xalq Şairimiz Mehmet Akif Ersoyu ehtiram, rəhmət və minnətdarlıqla yad edir, vətəndaşlarımızı ən səmimi hisslərimlə salamlayıram”.