Qəzaya uğramış təyyarəni istehsal edən şirkətin mütəxəssisləri Aktauya gedib Dünya

Qəzaya uğramış təyyarəni istehsal edən şirkətin mütəxəssisləri Aktauya gedib

AZAL-a məxsus qəzaya uğrayan təyyarənin istehsal edildiyi “Embraer” şirkətinin mütəxəssisləri Aktauya gedib.

APA-nın məlumatına görə, onlar Qazaxıstanın Hökumət Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinin müayinəsini aparacaq, eləcə də yekun rəy hazırlayacaqlar.

Eyni zamanda Braziliyadan olan istintaqçılar qrupu da artıq Qazaxıstandadır. Onların yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə istintaq prosesində iştirakı nəzərdə tutulub.