Ukraynanın dövlət borcu 160 milyard dollara çatır Dünya

Ukraynanın dövlət borcu 160 milyard dollara çatır

30 noyabr 2024-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 6,644,68 milyard qriven və ya 159,74 milyard dollar təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

Ukraynanın dövlət və dövlət zəmanəti altında olan borcu hazırda belədir: Xarici borc - 4 770,12 milyard qriven (ümumi borcun 71,79%-i) və ya 114,68 milyard dollar, daxili borc - 1 874,56 milyard qriven (28,21%) və ya 45,07 milyard dollar...