“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
27 Dekabr 2024 19:58
2 968
Livanın Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı saxlanılıb.
Xalqcebhesi.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezidentin həbs olunmuş qohumu və onun qızı saxta pasportlarla Livanı tərk etməyə cəhd göstəriblər.
Qeyd edək ki, Dureyd Əsəd Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı, baş tutmayan çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayan Rifat Əsədin oğludur. 2021-ci ildə Bəşər Əsəd 87 yaşlı əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə vətənə qayıtmağa icazə vermişdi.
Daha əvvəl ərəb mediası Dəməşqdə hakimiyyətin keçid hökumətinin əlinə keçməsindən sonra Rifat Əsədin ailəsi ilə birlikdə Livana köçdüyü barədə məlumat yaymışdı.
12 Dekabr 23:14
2 233
12 Dekabr 22:22
2 107
12 Dekabr 21:15
2 373