Fransa Zurabişvilinin həbs ediləcəyindən qorxur Dünya

Fransa Zurabişvilinin həbs ediləcəyindən qorxur

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad Gürcüstan prezidenti Salome Zurabişvilinin həbslə hədələnməsini qəbuledilməz adlandırıb.

Bu barədə o, X-də (keçmiş Twitter) yazıb.

"Gürcü arzusu”nun prezident Salome Zurabişvilini həbs etməklə hədələməsi qəbuledilməzdir və heç bir Avropa perspektivi ilə bir araya sığmır. Nümayişçilərə qarşı zorakılıq və hədə-qorxu dayandırılmalıdır. Fransa gürcü xalqının Avropa və demokratik istəklərini dəstəkləyir”, - o yazıb.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, səlahiyyət müddəti başa çatan ölkənin prezidenti Salome Zurabişvili müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yeni parlament seçkilərinin keçirilməsini müzakirə edib.

O, vurğulayıb ki, prezident qanunda nəzərdə tutulmayan hər hansı səbəbdən yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq. Kobaxidze həmçinin ümid etdiyini bildirib ki, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Zurabişvilini iqamətgahdan zorla çıxarmaq və həbs etmək lazım olmayacaq.

Cavid