Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
28 Dekabr 18:41
28 Dekabr 17:58
28 Dekabr 14:03
Rusiya Xarici Kəşfiyyat Xidməti SVR tərəfindən verilən açıqlamada ABŞ və İngiltərənin Suriyaya yönəlik hərəkətləri qiymətləndirilib.
Xalqcəbhəsi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verir ki, ABŞ və İngiltərənin Yaxın Şərqdə xaos yaratmaq üçün Suriyadakı vəziyyətin sabitləşməsinin qarşısını almağa çalışdığı irəli sürülən açıqlamada “Vaşinqton və London bu yolla öz geosiyasi məqsədlərinə tez bir zamanda nail ola biləcəyini düşünür" deyə əlavə edilib.
Açıqlamada ABŞ və İngiltərənin Suriyadakı Rusiya hərbi bazalarının çıxarılmasını istədiyi qeyd edilib: “İngilis kəşfiyyatı Suriyada rus hərbi bazalarına qarşı terror hücumları təşkil etməyi planlaşdırır. Bu məsələdə rolu yeni rəhbərlik həbsxanalardan azad edilən İŞİD terror təşkilatı yaraqlılarına verib. London və Vaşinqton hesab edir ki, bu cür təxribatlar Rusiyanı Suriyadan əsgərlərini təxliyyə etməyə təşviq edəcək. Beləcə, Suriyadakı yeni rəhbərlik radikal qrupları kontrol edə bilməməkdə günahlandıracaq”.