

18 Aprel 19:52
Türkiyənin Bingöl vilayətində qar səbəbi ilə 191 kənd yolu nəqliyyata bağlanıb.
Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən xəbər verir ki, 13-cü Meteorologiya Region Müdirliyinin xəbərdarlığından sonra başlayan qar yağışı səbəbi ilə mərkəzdə 21, rayonlardan Adaklıda 32, Gençde 24, Karlıovada 38, Kiğıda 25, Solhanda 23, Yayladeredə 20 və Yedisuda 8 olmaqla cəmi 191 kənd yolu nəqliyyata bağlanıb.
Bölgənin Yol və Nəqliyyat Xidməti Şöbə Müdirliyi qrupları bağlı kənd yollarında təmizlik işlərinə başlayıb.