Qazaxda 43 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb Dünya

Qazaxda 43 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü V.Yaqubov yaşadığı evin vanna otağından zəhərlənib. Onun meyti yaxınları tərəfindın aşkarlanıb.

Meyt müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır. Qeyd edək ki dəm qazından boğularaq ölən V.Yaqubov Ağdam rayon sakinidir.

Onun ANAMANIN əməkdaşı olduğu bildirilir.