Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 23:51
30 Dekabr 23:51
30 Dekabr 22:09
30 Dekabr 18:06
30 Dekabr 16:54
Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Daha əvvəl yayılan məlumata görə, faciənin qurbanı 64 nəfər olub. Agentlik 28 nəfərin öldüyünü bildirərkən, cəsədlərin təyyarənin quyruq hissəsində tapıldığını qeyd edib.
İlkin versiyaya görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni gövdəyə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.
Xatırladaq ki, Cənubi Koreyanın ilkin məlumata görə, Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.
Cavid