Batya Nikolla mübahisəsindən danışdı: Xoşbəxt olmaq üçün... Dünya

Batya Nikolla mübahisəsindən danışdı: Xoşbəxt olmaq üçün...

Avrasiya Ali İqtisadi Şurasının sessiyasında Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisəm medianın “xoşbəxt olmaq ehtiyacı” ilə bağlı idi.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko telejurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Bu, sizin daha xoşbəxt vaxt keçirməyiniz üçün idi, əks halda baxmaq üçün başqa maraqlı heç nə olmazdı”, - o bildirib.

Qeyd edək ki, dekabrın 26-da Sankt-Peterbirqda keçirilən sessiyada Paşinyan Ermənistan nümayəndə heyətinin Aİİ sammitində iştirak etmək üçün Minskə getməyəcəyini, ancaq uzaqdan iştirak edəcəyini açıqlayıb, Lukaşenko isə buna etiraz edib. O deyib ki, Minsk o qədər də uzaqda deyil, lazımdırsa, Paşinyan üçün təyyarə göndərə bilər.