İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
Cənubi Koreyanın Muan hava limanında “Boinq 737-800” təyyarəsinin qəza səbəblərinin ilkin versiyaları açıqlanıb.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, əsas versiyalar arasında quşlarla toqquşma, mühərrikdə, şassidə, əyləc sistemində nasazlıqlar, həmçinin fövqəladə hallarda uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmaması var.
Qeyd edilib ki, qəza nəticəsində təyyarənin göyərtəsində bir ailənin doqquz üzvü də həlak olub.
Ailənin ən böyüyünün 80 yaşı olub. Həlak olanlar isə onun övladları və ən yaxın qohumları olub.
Xatırladaq ki, Cənubi Koreyada sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 181 nəfərdən 179-u həlak olub. Ölənlərin hamısının cəsədi tapılıb. Baş verən hadisə ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub.