İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
“Suriyada seçkinin təşkili prosesi 4, yeni konstitusiyanın hazırlanması isə 3 ilədək vaxt apara bilər”.
Bunu “Al Arabiya” telekanalına müsahinəsində Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara deyib.
O bunu ilk növbədə ölkə əhalisinin yenidən siyahıya alınmasının vacibliyi ilə əsaslandırıb.
Administrasiya rəhbəri vəzifələrə təyinatlarla bağlı tənqidlərə də cavab verib. O bildirib ki, hazırkı məqamda mühüm postların eyni fikirli insanlara tapşırılması gərgin vəziyyətdə yekdil qərarların qəbul edilməsinə nail olmaq məqsədi daşıyır.
Əhməd əl-Şaraa ölkədəki etirazlara da toxunaraq, hər kəsin dövlət strukturlarının normal fəaliyyətini pozmadan etiraz etmək hüququ olduğunu söyləyib:
“Suriyanın azadlığı prosesinin itkisiz başa çatdırılması üçün əlimizdən gələni etdik və buna nail olduq. Bəzən mənə xilaskar deyirlər, amma bununla razı deyiləm. Ölkəni birmənalı olaraq xalq xilas etdi. Nəticədə hökumət dəyişikliyi baş verdi. Hesab edirəm ki, azad edilmiş Suriya növbəti 50 il ərzində regionun təhlükəsizliyini təmin edəcək”.
Suriyanın yeni rəhbəri müvəqqəti hökumətin ölkənin Şimal-Şərqində vəziyyəti sabitləşdirmək üçün müxalif Suriya Demokratik Qüvvələri ilə danışıqlar apardığını təsdiqləyib, eləcə də Səudiyyə Ərəbistanının Suriyanın gələcəyindəki rolundan danışıb :
“Danışıqlar həmin silahlı birləşmənin orduya inteqrasiyası məqsədi daşıyır. Kürdlər Suriyanın ayrılmaz hissəsidir. Yeni hökumət ölkəmizin parçalanmasına imkan verməyəcək. O ki qaldı “Heyət Təhrir əş-Şam” qruplaşmasına, onun buraxılması haqqında qərar Milli Dialoq üzrə Konfransda verilməlidir. Səudiyyə Ərəbistanı hökuməti bizim ölkə naminə çox işlər görüb. Ər-Riyad ölkəmizdə geniş investisiya imkanlarına malikdir”.
O, müsahibəsində rəsmi Tehranı regional siyasətini dəyişməyə və gərginlik yaradılmasından çəkinməyə çağırıb.
ABŞ-də keçirilən Prezident seçkisinin nəticələrinə toxunan Suriyanın müvəqqəti rəhbəri Tramp Administrasiyasının Baydenin siyasətini davam etdirməyəcəyinə ümidvar olduğunu söyləyib.
Sonda müvəqqəti rəhbər Rusiya hərbçilərinin Suriyadan çıxması məsələsinin iki ölkə arasında münasibətlərə təsir göstərməməsinin vacibliyini önə çəkib.