İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
ABŞ Ukraynaya təxminən 2,5 milyard dollar yardım ayırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.
“Bu gün mən Ukraynaya təhlükəsizlik üçün təxminən 2,5 milyard dollar ayrıldığını elan etməkdən qürur duyuram”, - o deyib.
Bildirilir ki, göstərilən məbləğin 1,22 milyard dolları Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsünün həyata keçirilməsi üçün tədbirlər paketini əhatə edir.
“Mən öz administrasiyasıma Ukraynaya mümkün qədər tez kömək göstərməyi, o cümlədən köhnə ABŞ texnikalarını Ukraynaya tədarük etməyi, onları tez döyüş meydanına çatdırmağı, sonra isə ehtiyatlarımızı modernləşdirmək və yeni silahlarla doldurmaq üçün ABŞ müdafiə sənayesi bazasını gücləndirməyi tapşırdım”, - Bayden bildirib.
Qeyd edək ki, ötən gün Zelenski açıqlamasında ABŞ-ın böyük hərbi yardım elan edəcəyi barədə açıqlama verib.