Ukrayna Lqov şəhərinə zərbə endirdi - Təcili Dünya

Ukrayna Lqov şəhərinə zərbə endirdi - Təcili

21:30

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Lqov şəhərinə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Aleksandr Xinşteyn məlumat verib.

O, itki və dağıntılar barədə hələlik məlumatın olmadığını qeyd edib:

“Ukrayna Lqov şəhərinə növbəti dəfə zərbə endirib. Hələlik tələfat və ya ciddi dağıntılar barədə məlumat yoxdur. Qəza və xilasetmə xidmətləri hadisə yerindədir. Vəziyyəti nəzarətdə saxlayıram”.

Rusiya regional əməliyyat qərargahının Teleqram kanalı isə axşam saatlarında Kurs vilayətində 4 Ukrayna raketinin vurulduğu xəbərini yayıb.