Bu sərhədə erməni qoşunları nəzarət edəcək - Paşinyan Dünya

Bu sərhədə erməni qoşunları nəzarət edəcək - Paşinyan

Bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən "Aqarak" sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistan Respublikasının sərhəd qoşunları həyata keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan, uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb.