Ukrayna 2024-cü ildə tərəfdaşlardan 41,7 milyard dollar alıb Dünya

Ukrayna 2024-cü ildə tərəfdaşlardan 41,7 milyard dollar alıb

Ukrayna Maliyyə Nazirliyi 2024-cü ildə beynəlxalq tərəfdaşlardan 41,7 milyard dollar xarici maliyyə cəlb edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

Qrant vəsaitləri ümumi maliyyələşdirmənin təxminən 30%-ni təşkil edib. Eyni zamanda, Ukrayna bütün kreditləri güzəştli şərtlərlə alıb.

“2024-cü ildə cəlb olunan 41,7 milyard dollar məbləğində vəsait bütün prioritet sahələri, sosial və humanitar xərcləri, xüsusən də təhsil və səhiyyə sektorunda çalışan işçilərin əmək haqlarını, əhalinin sosial müdafiəsini, humanitar yardımları təmin etməyə imkan verdi”, - deyə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

Maliyyə Nazirliyindən bildirilib ki, bu il büdcə dəstəyinin ən böyük donorları Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiya olub.