Məhkəmə Cənubi Koreyada prezident Yoon Seok-Yeolun həbsinə order verib Dünya

Məhkəmə Cənubi Koreyada prezident Yoon Seok-Yeolun həbsinə order verib

Cənubi Koreyada məhkəmə səlahiyyətləri dayandırılmış prezident Yon Suk-Yolun həbsinə order verib.

APA xəbər verir ki, bu haqda “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən gün müstəntiqlər Yon Suk-Yolun hərbi vəziyyətin tətbiqi ilə bağlı üç dəfə dindirilməyə gəlməməsi səbəbilə onun həbsinə order tələb etmişdilər.

Cənubi Koreya tarixində ilk dəfədir ki, prezidentlik postunu hələ tam tərk etməmiş şəxs barəsində həbs qərarı çıxarılır.