Berbok Suriyanın yeni hökumətindən nələr istədi?..
3 Yanvar 23:35
3 Yanvar 23:35
3 Yanvar 17:27
Çexiyanın xarici işlər naziri Yan Lipavski rus ordusunun yanvarın 1-də səhər saatlarında Kiyevə iki nəfərin ölümü ilə nəticələnən hücumunu şərh edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə X şəbəkəsində bildirib.
O vurğulayıb ki, gələcəkdə də Çexiya diplomatiyası Ukraynanın tərəfində olacaq:
"Beləliklə, mənim qərarım budur: Çex diplomatiyası ukraynalıların tərəfində möhkəm dayanmağa davam edəcək, çünki sülh təcavüzkarın ədalət qarşısında cavab verməsindən başlayır".
Qeyd edək ki, yanvarın 1-də Rusiya kamikadze dronlarının Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, azı 7 nəfər xəsarət alıb.