Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib Dünya

Cənubi Koreya polisi Yun Sok Yolu həbs edə bilməyib

Cənubi Koreyada güc strukturlarının nümayəndələri prezident vəzifəsindən kənarlaşdırılan Yun Sok Yolu həbs etməyə müvəffəq ola bilməyib.

APA-nın “Yonhap” xəbər agentliyinə istinadən məlumatına görə, dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş prezidenti həbs etməyə gələn polislərin qarşısını onun mühafizəçiləri kəsib.

Qeyd edək ki, bir müddət əvvəl ölkənin Baş Prokurorluğu məhkəmə qərarının icrasının təmin ediləcəyini açıqlayıb. Məhkəmə sabiq prezidentin saxlanılması barədə qərar verib.