Rusiyadan Suriya açıqlaması: Dostluq telləri... Dünya

Rusiyadan Suriya açıqlaması: Dostluq telləri...

Suriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisində mövcudluğunun davam etdirilməsində maraqlı olduqlarına dair siqnallar göndərir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Vesti" proqramına müsahibəsində deyib.

“Hakimiyyətdə olan rejimlərdən asılı olmayaraq, Rusiya və Suriyanı dostluq telləri bağlayır”, - Nebenzya vurğulayıb.

Eyni zamanda, o bildirib ki, Dəməşq rəsmiləri tərəfindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.