Almaniyada 2018-ci ildən bəri artım yoxdur - Habek Dünya

Almaniyada 2018-ci ildən bəri artım yoxdur - Habek

Almaniya iqtisadiyyatında 2018-ci ildən bəri real artım müşahidə edilməyib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Robert Habek deyib.

“İndi iqtisadiyyat dərin struktur böhranı yaşayır, bunun kökləri illərdir həllini tapmayan problemlərdir: ixtisaslı işçi qüvvəsinin çatışmazlığı, bürokratiyanın həddindən artıq çoxluğu, investisiyaların aşağı səviyyəsi”, - Habek bildirib.