276 kiloluq balıq 1,3 milyon dollara satıldı – Foto
5 Yanvar 20:43
5 Yanvar 20:43
5 Yanvar 17:30
5 Yanvar 17:22
İsveçrədə hava çirkliliyinin ölçülməsi ilə məşğul olan “AirVisual” beynəlxalq təşkilatı Vyetnamın paytaxtı Hanoyda havada çirkləndirici hissəciklərin konsentrasiyasının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi göstəricidən 13,2 dəfə yüksək olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vyetnam mediası məlumat yayıb.
Paytaxtın bəzi bölgələrində Hava Keyfiyyəti İndeksi (AQI) "təhlükəli" olaraq təyin edilən 300 həddini keçərək, 309-a yüksəlib. Buna görə də səlahiyyətlilər vətəndaşları evdə qalmağa çağırıblar.
Bildirilib ki, küçəyə çıxmalı olan vətəndaşlar maska taxmalı, havanın çirklənməsini azaltmaq üçün motosikletlərdən istifadə məhdudlaşdırılmalı, ictimai nəqliyyata üstünlük verilməlidir.