Polşa Rusiya ilə sərhədi "ağıllı sistem"lə gücləndirir Dünya

Polşa Rusiya ilə sərhədi "ağıllı sistem"lə gücləndirir

Polşa Avropanın şərq qalxanı olmaq istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

“Ölkə Rusiya və Belarusla sərhədlərdə müdafiə infrastrukturunun genişmiqyaslı gücləndirilməsinə başlayıb. İstehkamların uzunluğu 700 kilometr olacaq və 2028-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 2,3 milyard avro qiymətləndirilir. “Şərq qalxanı” layihəsi üç əsas elementə əsaslanır: ağır infrastruktur, yüngül infrastruktur və “ağıllı müdafiə” sistemi”, - nəşr bildirib.