Daha dözümümüz yoxdur - Ərdoğandan xəbərdarlıq Dünya

Daha dözümümüz yoxdur - Ərdoğandan xəbərdarlıq

Terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbir etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - Ərdoğan qeyd edib.