Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb Dünya

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli Teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər. Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edir. Hücum texnika üçün əlverişli olan donmuş torpaqla əlaqələndirilir.

Rusiyanın Teleqram kanalları Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurovun Kursk vilayətində olduğu barədə məlumat yayıb.