Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…
6 Yanvar 20:50
6 Yanvar 20:50
6 Yanvar 17:01
6 Yanvar 14:01
Türkiyənin şərqində yerləşən Qars vilayətində Sarıqamış döyüşü qəhrəmanlarının xatirəsinə həsr olunmuş ənənəvi yürüş keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən minlərlə insan şiddətli şaxtalara baxmayaraq, 110 il əvvəl baş vermiş tarixi döyüş yerinə toplaşıb.
Yürüş iştirakçıları əllərində Türkiyə bayraqları mənfi 15 dərəcə soyuqda “Sizin ayaq iziniz bu torpaqlarda qalır” şüarı ilə Allahuəkbər dağ silsiləsindən Qızılbuçuk yüksəkliyinə qədər 4,5 km məsafəni qət ediblər.
Aksiyada gənclər və idman naziri Osman Aşkın Bak, milli müdafiə naziri Yaşar Gülər, parlament, siyasi partiyaların nümayəndələri, Qars valisi Ziya Polad, hərbçilər, Türkiyənin müxtəlif bölgələrindən gələn sadə insanlar iştirak ediblər.
Sarıqamış döyüşü iştirakçılarının xatirəsinə dualar oxunub.
Xatırladaq ki, Birinci Dünya müharibəsi dövründə Ənvər Paşanın komandanlığı ilə Osmanlı ordusu Şərqi Anadolunun rus ordusu tərəfindən ələ keçirdiyi əraziləri azad etmək üçün hücuma keçib. Dağ silsiləsini aşmağa cəhd edərkən minlərlə Türkiyə övladı soyuqdan donaraq həlak olub.