Tramp İraqdan Suriyanın yeni hökumətini dəstəkləməsini istəyib Dünya

Tramp İraqdan Suriyanın yeni hökumətini dəstəkləməsini istəyib

Donald Trampın İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərərək, İraqdan Suriyanın yeni hökumətinə dəstək verməsini istədiyi bildirilib.

Belə bir iddia İraq mətbuatında yer alan bir xəbərdə öz əksini tapıb.

İraq mətbuatında adı açıqlanmayan mənbəyə əsaslanan xəbərə görə Tramp İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərib.

Mesajın Trampın nümayəndəsinin gizli səfəri zamanı verildiyini bildirən mənbə, Trampın İraqda dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupları zərərsizləşdirmək və bu qrupların fəaliyyətini məhdudlaşdırmaq, İrana bağlı qrupların fəaliyyətini dayandırmaq istədiyini bildirib.

İddiaya görə mesajda həmçinin İraqın Suriya məsələsinə qarışmaması və yeni Suriya hökumətinin qurulması üçün dəstək verilməsini istədiyi bildirilir.