Kanadanın Baş naziri hakim partiyanın lideri vəzifəsindən istefa verə bilər Dünya

Kanadanın Baş naziri hakim partiyanın lideri vəzifəsindən istefa verə bilər

Kanadanın Baş naziri Castin Trüdo tezliklə Kanadanın hakim Liberal Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlaya bilər.

Bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, hökumət başçısı müvafiq açıqlamanı yanvarın 6-da verə bilər.

Qeyd edək ki, ötən ilin dekabr ayının 16-da baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlamışdı.

Həmin gün mənzil, infrastruktur və icmalar naziri Şon Freyzer də hökumətdən istefa verdiyini açıqlamışdı.

Bu isə öz növbəsində baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifət və ictimai xadimlərin tənqidinə səbəb olmuşdu.