Şimali Koreya Şərq dənizinə ballistik raket atıb Dünya

Şimali Koreya Şərq dənizinə ballistik raket atıb

Şimali Koreya bu gün Şərq dənizinə orta mənzilli ballistik raket atıb.

Bu barədə Cənubi Koreya ordusu açıqlama yayıb.

Bildirilib ki, Şimali Koreya ABŞ dövlət katibi Antoni Blinkenin Seula səfəri ilə eyni vaxtda dənizə orta mənzilli ballistik raket atıb.
Cənubi Koreya ordusu bildirib ki, raket Blinkenin Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Çoi Sanq-mok ilə görüşdükdən qısa müddət sonra şərqə doğru buraxılıb.

Sözügedən görüşdə Blinken Vaşinqtonun Cənubi Koreyaya qarşı sarsılmaz təhlükəsizlik öhdəliyini vurğulayıb.

Blinken həmçinin Şimali Koreyanın mümkün təxribatlarına hazırlaşmaq üçün güclü birgə müdafiə mövqeyinə çağırıb.

Bu, Şimali Koreyanın ilin ilk ballistik raket buraxılışıdır.