Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatıb Dünya

Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatıb

Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində İsrailin hava hücumu nəticəsində həlak olub.

Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verir ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsində həlak olan mətbuat mənsublarının ümumi sayı 220-yə çatıb.

Telekanal Qəzzanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya istinadən bildirib ki, Hicazi həftə sonu İsrailin mühasirədə olan ərazilərə hücumları nəticəsində həlak olan 90-a yaxın fələstinli arasındadır.

Fələstin Jurnalistlər Birliyi yanvarın 5-də bildirib ki, İsrail ordusu ötən ay ərzində fələstinli jurnalistlərə qarşı 84 qanun pozuntusu və cinayət törədib. Bu hadisələrin əksəriyyəti Qəzza zolağında baş verib və orada on media işçisi həlak olub.

Cavid