ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır Dünya

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ-ın prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu barədə “Reuters” mənbələrə istinadən yazır.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Bayden rəsmiləri Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiya tətbiq etməyi düşünürlər.

Həmçinin, “müəyyən şəbəkələrdən” nefti “limitdən” yuxarı qiymətlərlə ticarət edən şəxslərə qarşı məhdudiyyətlər tətbiq oluna bilər.

Washington Post mənbələrə istinadən yazıb ki, Bayden Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaların tətbiqi imkanlarını araşdırır.

Bundan əvvəl Bloomberg məlumat vermişdi ki, G7 ölkələri Rusiya neftinin qiymətlərinə məhdudiyyətləri sərtləşdirməyin yollarını araşdırır: tam qadağadan tutmuş qiymət tavanının bir barel üçün 40 dollara endirilməsinə qədər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Moskva müvafiq müzakirələrdən xəbərdardır.

Cavid