HƏMAS 34 girovu azad etməyə razılaşıb Dünya

HƏMAS 34 girovu azad etməyə razılaşıb

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail siyahısından 34 girovu azad etməyə razılaşıb.

Bu barədə “Asharq” telekanalı radikal təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir.

Qeyd edildiyi kimi, hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazım olacaq.

Yanvarın 5-də Reuters agentliyi HƏMAS sözçüsünə istinadən xəbər verir ki, hərəkat Qəzza zolağı ilə bağlı razılaşma çərçivəsində azad etməyə hazır olduqları 34 girovun adlarının siyahısını təsdiqləyib. Daha sonra İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib ki, danışıqlar zamanı yəhudi dövləti HƏMAS-dan girovların müvafiq siyahısını almayıb.

Cavid