Zelenski: Tramp dəvət etməsə, ABŞ-yə gedə bilmərəm Dünya

Zelenski: Tramp dəvət etməsə, ABŞ-yə gedə bilmərəm

“Müharibəni və Putini dayandırmaq üçün ilk növbədə Donald Trampla görüşməyim çox vacibdir. Bu prosesə avropalılar da cəlb edilməlidir. Çünki həm Avropa, həm də Tramp ölkəmizin təhlükəsizliyinə zəmanət verə bilər”.

Bunu ABŞ-dən olan bloqer Aleks Fridmana müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, Avropada həm ölkəsinin, həm də xalqının səsinin eşidilməsi çox mühüm xarakter daşıyır.

Ukrayna lideri Donald Trampa ölkəsinə Rusiyaya məxsus aktivlərin 300 milyard dollarına ekvivalent həcmdə silah satmağı təklif etdiyini açıqlayıb. O eyni zamanda növbəti müddətə Prezident postuna namizəd olub-olmayacağına aydınlıq gətirib:

“Bu qərar ilk növbədə müharibənin yekunlarından və xalqımızdan asılıdır. Ölkəmiz müharibə vəziyyətində olduğu bir vaxtda seçkidən danışmaq məqsədəuyğun deyil” – deyə, Ukrayna lideri bildirib.

V. Zelenski ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimində iştirakına da aydınlıq gətirib:

“Tramp məni dəvət etməsə, müharibənin davam etdiyi bir vaxtda ABŞ-yə gedə bilmərəm. Rəsmi dəvət olarsa, mütləq iştirak edəcəyəm. Düşünürəm ki, onlar bu istiqamətdə müəyyən addımlar atmalıdır”.