İran və Rusiya arasında hərtərəfli razılaşma sazişində müdafiə məsələləri də yer alacaq Dünya

İran və Rusiya arasında hərtərəfli razılaşma sazişində müdafiə məsələləri də yer alacaq

İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.

"İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsini iqtisadi-kommersiya sahələri və enerji, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təşkil edir”, - sözçü qeyd edib.

Onun sözlərinə görə, bu sazış iki ölkə tərəfindən yayın əvvəlindən təsdiq edilib: “İran və Rusiya 20-30 il ərzində əməkdaşlığı genişləndiriblər. Təbiidir ki, biz əvvəlki sənədi zamanın tələblərinə və münasibətlərin miqyasına uyğun yeniləməliydik”.