Rusiya səfirliyinin nümayəndəsi qaza görə XİN-ə çağırıldı Dünya

Rusiya səfirliyinin nümayəndəsi qaza görə XİN-ə çağırıldı

Rusiya səfirliyi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra rusiyalı diplomat Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat katibi Tatyana Barak teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırdıqdan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanır.