Ukraynanın bu hücumlarına dərhal cavab verilməlidir Dünya

Ukraynanın bu hücumlarına dərhal cavab verilməlidir

Rusiya yanvarın 5-də Ukraynanın Zaporojye AES-ə hücumuna MAQATE rəhbərliyindən obyektiv qiymətləndirmələr və aydın cavab gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Aydındır ki, nə 2024-cü ilin dekabrında AES-ə gedən MAQATE mütəxəssislərinin olduğu avtomobil karvanı Ukrayna atəşinə məruz qalanda, nə də stansiyaya son hücumlar zamanı Kiyev rejimi bir dəqiqə belə düşünmədi ki, bu, AES-ə təhlükə yaradır”, - Zaxarova vurğulayıb.

O, beynəlxalq ictimaiyyəti Kiyevin nüvə enerjisi infrastrukturu obyektlərinə davam edən hücumlarına dərhal və ciddi cavab verməyə çağırıb.