Türkiyənin ixracı 262 milyard dollara çatdı Dünya

Türkiyənin ixracı 262 milyard dollara çatdı

2024-cü ildə Türkiyənin 81 vilayətindən 54-dən ixrac artıb.

Xalqcebhesi.az xəbər verir ki, yanvarın 6-da Türkiyənin Ticarət Nazirliyi ötən ilin xarici ticarət göstəriciləri ilə bağlı statistik məlumatları paylaşıb.

“2024-cü ildə Türkiyədən mal ixracının ümumi həcmi 2,5 faiz artaraq 261,9 milyard dollara çatıb ki, bu da Cümhuriyyətin tarixində mütləq rekorda çevrilib.

İxracda (56 milyard 837 milyon dollar) İstanbul vilayətlər arasında lider olaraq qalır. Daha sonra Kocaeli (32 milyard 5 milyon dollar) və İzmir (23 milyard 817 milyon dollar) vilayətləri yer alıb”, - deyə nazirlikdə qeyd edilib.

2023-cü illə müqayisədə məhsul ixracında ən böyük artım - 2 milyard 188 milyon dollar Kocaeli vilayətində qeydə alınıb.