ABŞ-də qar fırtınası nəticəsində azı 4 nəfər ölüb Dünya

ABŞ-də qar fırtınası nəticəsində azı 4 nəfər ölüb

ABŞ-nin üç ştatında ölkənin böyük hissəsini bürüyən qar fırtınası nəticəsində ən azı dörd nəfər ölüb.

Bu barədə “NBC” televiziyası məlumat yayıb.

Məlumata görə, Kanzas ştatında baş verən qəzada iki nəfər ölüb.

Missuri kommunal xidmətlər işçisi qar təmizləyərkən ölümcül xəsarət alıb.

Texasda hipotermiyadan ölən kişinin cəsədi avtobus dayanacağı yaxınlığında tapılıb.

“FlightAware” portalının məlumatına görə, ABŞ-də 2,2 mindən çox reys ləğv edilib.