Trampın nümayəndəsi Kiyevə səfərini təxirə saldı Dünya

Trampın nümayəndəsi Kiyevə səfərini təxirə saldı

Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyev və digər Avropa paytaxtlarına planlaşdırılan səfərini təxirə salıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

“Kelloqun Trampın vəzifəyə başlamasından sonra Ukraynaya gedəcəyi gözlənilir. Amma bu səfərin tarixi də müəyyən deyil”, - məlumatda qeyd olunub.

Kelloqun səfəri hansı səbəbdən təxirə saldığı bəlli deyil.

Qeyd edək ki, Keyt Kelloqun yanvarın əvvəlində Kiyevə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.