Almaniyada banka basqın qadın girov götürülüb Dünya

Almaniyada banka basqın qadın girov götürülüb

Almaniyanın Rimbax (Hessen) şəhərində bir nəfər bank filialına girərək insanları girov götürüb.

T-online portalının məlumatına görə, polis cinayətkarın tutulması üçün xüsusi əməliyyat keçirir.

Girov götürülmə hadisəsi səhər saatlarında Volksbank filialında baş verib. Hücum edən şəxsin bıçaqla silahlandığı və bir qadını girov saxladığı bildirilir. Hücumçunun tələbləri hələlik məlum deyil.

Hessen polisi bank binasının xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığını bildirib. Xüsusi əməliyyatın keçirilməsinə mane olmamaq üçün əlavə məlumat “taktiki səbəblərə görə” açıqlanmır. Bundan əlavə, 38 saylı federal magistral Rimbax ərazisində bağlanıb.

Cavid